ATƏT-in bu il üçün büdcəsi təsdiqlənib

ATƏT-in bu il üçün büdcəsi təsdiqlənib Bakı. 16 fevral. REPORT.AZ/ Vyanada ATƏT-in Daimi Şurası təşkilatın 2018-ci il üçün büdcəsini təsdiqləyib.
Xarici siyasət
16 Fevral , 2018 10:29
ATƏT-in bu il üçün büdcəsi təsdiqlənib

Bakı. 16 fevral. REPORT.AZ/ Vyanada ATƏT-in Daimi Şurası təşkilatın 2018-ci il üçün büdcəsini təsdiqləyib.

"Report" xəbər verir ki, 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək olan müddətə ATƏT-in büdcəsi 137 801 200 avro təşkil edir. Təşkilatın ötənilki büdcəsi 138 982 600 avro olub.

Bu il üçün büdcə 4,5 ay davam edən danışıqlardan, 25 rəsmi və 150-dən çox qeyri-rəsmi görüşdən sonra qəbul edilib.

Qeyd edək ki, ATƏT-in Daimi Şurasında təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.

ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir. 

Son xəbərlər

Orphus sistemi