Yuxarı

Xələf Xələfov Türkmənistanın XİN rəhbəri ilə görüşüb

Xələf Xələfov Türkmənistanın XİN rəhbəri ilə görüşüb
Görüşdə iki ölkənin əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğu vurğulanıb
© Report.az

Bakı. 2 iyun. REPORT.AZ/ İyunun 1-2-də Aşqabad şəhərində baş tutmuş “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 49-cu iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iqtisadi, ticari, o cümlədən enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib və iki ölkənin bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğu vurğulanıb.

Tərəflər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığın inkişafında mühüm amil olduğunu xüsusi vurğulayıblar. Iki ölkə arasında olan mehriban qonşuluq ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda məsləhətləşmələrin aparılmasının vacibliyi qeyd olunub.

İkitərəfli əməkdaşlığın inkişafı konteksində xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin mütəmadi əsasda keçirilməsi vurğulanıb. Həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdükləri təşəbbüslərə qarşılıqlı dəstəyin göstərildiyi məmnunluqla qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi