Yuxarı

Almaniya Bundestaqında hakim koalisiya "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə çağırış edib

Almaniya Bundestaqında hakim koalisiya "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə çağırış edib
Bu mehriban qonşuluq konsepsiyası Aİ-nin xarici siyasətinin ayrılmaz aləti olaraq qalır

Bakı. 29 iyun. REPORT.AZ/ Almaniya Bundestaqında hakim koalisiya "Şərq Tərəfdaşlığı" ölkələri ilə əməkdaşlığın gücləndirilməsinə və eyni zamanda onların islahatlar aparmasına dair çağırış edib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, deputatların qəbul etdiyi sənəddə bu mehriban qonşuluq konsepsiyasının Aİ-nin xarici siyasətinin ayrılmaz aləti olaraq qaldığı vurğulanıb.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.

"Şərq tərəfdaşlığı"nın 5-ci sammiti noybarın 24-də Brüsseldə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi