Aİ “Şərq Tərəfdaşlığı” sammitini yayda keçirməkdə qərarlıdır

Aİ “Şərq Tərəfdaşlığı” sammitini yayda keçirməkdə qərarlıdır Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell koronavirus pandemiyasına baxmayaraq, “Şərq Tərəfdaşlığı” sammitinin iyunda keçiriləcəyinə ümid edir.
Xarici siyasət
23 Aprel , 2020 11:23
Aİ “Şərq Tərəfdaşlığı” sammitini yayda keçirməkdə qərarlıdır

Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell koronavirus pandemiyasına baxmayaraq, “Şərq Tərəfdaşlığı” sammitinin iyunda keçiriləcəyinə ümid edir.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə J.Borrell Brüsseldə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində videokonfrans formatında baş tutan iclasından sonra bildirib.

Onun sözlərinə görə, Aİ üzvü olan ölkələrin XİN başçıları koronavirusla bağlı mövcud böhranın İttifaqın Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna üçün ən etibarlı tərəfdaş olduğunu nümayiş etdirmək üçün fürsət olduğu fikri ilə razılaşıblar.

Daha əvvəl koronavirusla bağlı yaranmış vəziyyətə görə, növbəti “Şərq Tərəfdaşlığı” sammitinin nə zaman keçiriləcəyinin məlum olmadığı bildirilmişdi.

“Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi