"ADA" Universiteti diplomatlar üçün peşə hazırlığı kursları keçirir

"ADA" Universiteti diplomatlar üçün peşə hazırlığı kursları keçirir Treninqlərdə dünyanın 16 ölkəsindən diplomatlar iştirak edirlər
Xarici siyasət
19 Noyabr , 2014 13:08
ADA Universiteti diplomatlar üçün peşə hazırlığı kursları keçirir

Bakı. 19 noyabr. REPORT.AZ/ "ADA" Universitetində dünyanın 16 ölkəsindən olan orta və ali dərəcəli diplomatlar növbəti peşə hazırlığı kurslarına start verilib. 

"Report" xəbər verir ki, tədbirdə çıxış edən "ADA" Universiteti rektorunun müavini Fariz İsmayılzadə universitet haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan xarici siyasətə böyük önəm verir və Azərbaycanın xaricdə səfirliklərinin sayının artdığını vurğulayıb. 

"Bu xarici diplomatlar üçün 7-ci və "ADA"-nın həmkar universitetlərinin nümayəndələrinə xüsusi diqqətin ayrıldığı ilk kursdur. Biz ölkəmiz, region haqqında daha çox məlumat vermək istəyirik", - deyə F.İsmayılzadə bildirib və kurslarda iştirak edən hər bir ölkənin Azərbaycan üçün vacibliyini qeyd edib. 

Qeyd edək ki, noyabr ayının 27-nə qədər keçiriləcək treninqlərdə Argentina, Əfqanıstan, Banqladeş, Bolqarıstan, Çin, Kolumbiya, Xorvatiya, Misir, Malayziya, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya və Türkmənistandan olan diplomatlar iştirak edəcəklər. 

Kurslarda tarix, mədəniyyət, demoqrafiya, etnik və ərazi münaqişələr, ticari-iqtisadi münasibətlər, regional təhlükəsizlik, geosiyasi və regionun digər inkişaf aspektləri üzrə informasiya sessiyaları keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi