Yuxarı

Son 27 ildə ABŞ Azərbaycana 1.3 milyard dollar yardım edib

​ABŞ son 25 ildə Azərbaycana 1.3 milyard dollar yardım edib

"ABŞ 1992-cü ildən indiyə qədər Azərbaycana 1.3 milyard dollar yardım göstərib".

"Report" xəbər verir ki, bunu ABŞ Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Christine Singh ABŞ Dövlət Departamenti, Azərbaycan hökuməti və BMT-nin təşkilatçılığı ilə "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - VI Faza" layihəsi çərçivəsində Bakıda keçirilən Beynəlxalq Miqrasiya Hüququna dair seminarda deyib.

Onun sözlərinə görə, bəzi miqrantlar iş tapmaq məqsədi ilə başqa ölkələrə gedirlər: "Amma miqrantlar bununla da insan alverinin qurbanına çevrilə bilərlər. Bir məsələni də qeyd edim ki, Azərbaycan çox zaman bizim yardımımızdan bəhrələnib. Azərbaycan öz sərhədlərinin qorunmasını gücləndirməldir. Bu, vacib məsələdir. Bu proseslər beynəlxalq miqrasiya siyasətinə uyğun şəkildə aparılmalıdır. Ədliyyə sektorunda qanununun aliliyinə sadiq olmaq lazımdır. Ümid edirəm ki, bu qanunlara riayət etməklə Azərbaycanın biznes mühiti də təkmilləşdiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi