Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib DSX qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər
Daxili siyasət
28 Aprel , 2015 10:55
Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakı. 28 aprel. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, əvvəlcə Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Aparatında Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlardan ibarət sərgiyə tamaşa ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Zərifə xanım Əliyevanın övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq dostu, silahdaşı olması vurğulanıb. Qeyd olunub ki, Zərifə xanım Əliyevanın yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlər qədir bilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

Tədbirin sonunda Zərifə xanım Əliyevaya həsr olunan sənədli film nü­mayiş etdirilib. Akademik Zərifə Əliyevanın adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən ənənəyə sadiq olaraq Dövlət Sərhəd Xidmətinin Aka­demiyasının zabit-gizir, professor-müəllim və kursant heyətinin göz müa­yinəsi keçirilib.

Son xəbərlər

Orphus sistemi