Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək

Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək Qəbulda sakinlərin prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq
Daxili siyasət
24 Yanvar , 2017 12:09
Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı. 24 yanvar. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan sakinləri qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanvarın 30-da saat 10:00-da baş tutacaq qəbulda sakinlərin prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi