YAP-ın yaradılmasının 23 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

YAP-ın yaradılmasının 23 illiyi ilə bağlı tədbir keçirilib - FOTO Əli Əhmədov: “Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənib”
Daxili siyasət
21 Noyabr , 2015 13:20
YAP-ın yaradılmasının 23 illiyi ilə bağlı tədbir keçirilib - FOTO

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23 illiyi ilə bağlı tədbir keçirilib.

“Report”un məlumatına görə, YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov çıxış edərək partiyanın tarixinə nəzər salıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasının adındakı yeniləşmə ideyası Azərbaycan çərçivəsindən çıxıb: “Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası öncüllyünü qoruyur”.

Ə.Əhmədov bildirib ki, Azərbaycan hazırda regionun lider dövlətidir: “Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə bir sıra beynəlxalq tədbirlər keçirilib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqelərini ciddi şəkildə möhkəmləndirb. Azərbaycan yaşadığımız bölgənin lider statusunu ardıcıl neçə ildir ki, daşıyır. İnanıram ki, Azərbaycan bu statusu heç zaman əlindən verməyəcək. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc dövlətin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişikliklər davamlı olacaq”.

Tədbirdə, həmçinin YAP-ın bəzi rayon təşkilatlarının gənclər birliklərinin sədrləri, üzvləri çıxış ediblər. 

Son xəbərlər

Orphus sistemi