Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda "dəyirmi masa" keçirilib.
"Report" xəbər verir ki, tədbirdə YAP-ın sədr müavini-icra katibi
YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, artıq 25 ildir “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına, xalqın rifahına xidmət etməkdədir: “Bu layihənin ən böyük əhəmiyyəti, təbii olaraq, Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu maliyyə ehtiyatları hesabına Azərbaycan iqtisadiyatının inkişaf etdirilməsi, insanların rifahının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsi ilə bağlıdır”.
O deyib ki, geosiyasi nöqteyi-nəzərindən də “Əsrin müqaviləsi”nin böyük əhəmiyyəti var: “Azərbaycanın həm regionda, həm dünya birliyində siyasi mövqeyinin, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Daha sonra çıxış edənlər “Əsrin müqaviləsi”nin Azərbaycana verdiyi iqtisadi və siyasi töhfələrdən söz açıblar.