XİN: Gəncədə polis zabitlərinin qətlə yetirilməsi Azərbaycan xalqına xəyanətdir

XİN: Gəncədə polis zabitlərinin qətlə yetirilməsi Azərbaycan xalqına xəyanətdir Bakı. 11 iyul. REPORT.AZ/ Gəncədə ictimai asayişi pozmaq istəyən bəzi qüvvələrin qarşısını alarkən şəhid olmuş polis zabitlərinin ailələrinə, yaxınlarına və həmkarlarına dərin hüznlə baş sağlığı veririk. Qısa müddət ərzində bu radikal təmayüllü şəxslərin qanunazidd əməllərinin qarşısı alınıb.
Daxili siyasət
11 İyul , 2018 11:02
XİN: Gəncədə polis zabitlərinin qətlə yetirilməsi Azərbaycan xalqına xəyanətdir

Bakı. 11 iyul. REPORT.AZ/ "Gəncədə ictimai asayişi pozmaq istəyən bəzi qüvvələrin qarşısını alarkən şəhid olmuş polis zabitlərinin ailələrinə, yaxınlarına və həmkarlarına dərin hüznlə baş sağlığı veririk. Qısa müddət ərzində bu radikal təmayüllü şəxslərin qanunazidd əməllərinin qarşısı alınıb". 

"Report" xəbər verir ki, bunu iyulun 11-də keçirdiyi mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Bu kimi provokativ və ölkəmizdə sabitliyi pozmaq məqsədi güdən uğursuz cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, güclənməsi, beynəlxalq nüfuzunun günbəgün artması Ermənistanla bərabər, bəzi xarici dairələri də ciddi surətdə narahat edir. Ölkəmiz müharibə vəziyyətində olan dövlətdir. Arxa cəbhədə xidmət başında olan zabitə qarşı hücum bu ön xətdə qulluq edən əsgər və zabitlərə, bütün Azərbaycan xalqına xəyanətdir. Bu kimi destruktiv əməllərə bəraət qazandırmağa çalışan və qərb ölkələrində gizlənmiş milli satqınlar xalqımız qarşısında utanmalıdırlar.

Ölkəmizə, xalqımıza və dövlətçiliyə qarşı bu kimi xəyanətkar əməllərə əl atan şəxslər qarşılarında Azərbaycan xalqını görəcəklər. Bütün gənclərimizi, o cümlədən Gəncədə yaşayan və daim dövlətçiliyin keşiyində olan gənclərimizi ayıq sayıq olmağa çağırırıq. Gəncədə doğulmuş, boya başa çatmış, orta məktəbi orada bitirmiş bir vətəndaş olaraq əminliklə deyə bilərəm ki, bu kimi marginal kiçik qrupların destruktv fəaliyyətinə Gəncənin vətənpərvər gəncləri, Gəncə əhalisi heç zaman imkan verməz", - H.Hacıyev deyib.

Son xəbərlər

Orphus sistemi