Yuxarı

XİN-dən xaricdəki Azərbaycan vətəndaşları ilə bağlı səfirliklərə yeni tapşırıq

​XİN-dən xaricdəki Azərbaycan vətəndaşları ilə bağlı səfirliklərə yeni

939

"Xarici İşlər Nazirliyi bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib ki, bir-bir hamı ilə danışsınlar".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Çünki əgər vətəndaşlar köməklik etmək istəyirlərsə, imkan daxilində öz evlərində qalsınlar. Misal üçün, Türkiyədə və ya Ukraynada. Çünki onlar virus daşıyıcısı ola bilərlər. Ona görə də imkan daxilində bir-bir danışırıq ki, qoy olduqları yerdə qalsınlar. Çünki Azərbaycana gəlib karantində qalacaqlar. Ondan yaxşısı elə öz yaşadıqları yerlərdə qalsınlar", - deyə E.Məmmədyarov vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi