Yuxarı

Siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı norma və tələblər hazırlanacaq

Siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı norma və tələblər hazırlanacaq
Nazirlər Kabineti 3 ay müddətində tütün məmulatları tullantılarının utilizasiyası qaydasını da müəyyən edəcək

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti (NK) üç ay müddətində tütün çəkmək üçün xüsusi ayrılmış yerlərlə bağlı sanitar-gigiyenik normalar və tələblər hazırlayacaq.

“Report”un xəbərinə görə, NK bu müddət ərzində tütün məmulatları tullantılarının utilizasiyası qaydasını da müəyyən edəcək.

Nazirlər Kabineti əhalinin maarifləndirilməsinin əsas istiqamətləri və üsullarını müəyyən edəcək, bu məqsəd üçün xüsusi “qaynar xətlərin” fəaliyyəti təmin edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" yeni qanunu imzalayıb. Bu qanun əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi