Referendumda yekun seçici fəallığı açıqlanıb

Referendumda yekun seçici fəallığı açıqlanıb Seçicilərin ümumi sayı 5 milyon 267 min 111-dir
Daxili siyasət
26 Sentyabr , 2016 20:06
Referendumda yekun seçici fəallığı açıqlanıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu günə - sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində yekun seçici fəallığını açıqlayıb.

“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan 19:00-a qədər ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 3 671 707 nəfəri (69,7 faizi) səsvermədə iştirak edib.

Son xəbərlər

Orphus sistemi