Qarabağ Regional Bilik Evində Milli Qurtuluş Günü qeyd olunub

Qarabağ Regional Bilik Evində Milli Qurtuluş Günü qeyd olunub Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova tədbirə toplananları Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Daxili siyasət
13 İyun , 2017 20:06
Qarabağ Regional Bilik Evində Milli Qurtuluş Günü qeyd olunub

Bakı. 13 iyun. REPORT.AZ/ Qarabağ Regional Bilik evinin təşkilatçılığı ilə Tərtər rayon 2 nömrəli məktəb-liseydə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, tədbirdə yerli ziyalılar və ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak ediblər.

Qarabağ Regional Bilik Evinin direktoru Gülarə Əkbərova tədbirə toplananları Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bilik Evinin mütəxəssisi İradə Əkbərli bildirib ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını həll edir, yüksək dəyər kəsb edir.

Məruzədə bildirilib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, ilk illərdə siyasi hakimiyyət səriştəsizliyi, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarında boşluq müşahidə olunurdu. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq göstərən Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Son xəbərlər

Orphus sistemi