“Qaçqınkom”un iki departamentinə yeni direktor təyin edilib - EKSKLÜZİV

“Qaçqınkom”un iki departamentinə yeni direktor təyin edilib - EKSKLÜZİV Bakı. 10 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.
Daxili siyasət
10 May , 2018 12:08
“Qaçqınkom”un iki departamentinə yeni direktor təyin edilib - EKSKLÜZİV
Report
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

“Report” xəbər verir ki, bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departamentinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

Bundan başqa, mayın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru Elçin Qədimov da işdən çıxarılıb. Həmin departamentin direktoru vəzifəsinə İbrahim Mirzəyev təyin olunub.

Xatırladaq ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Son xəbərlər

Orphus sistemi