Yuxarı

Prezident İlham Əliyev: “İqtisadi potensialımız və hərbi gücümüz artacaq”

Prezident İlham Əliyev: “İqtisadi potensialımız və hərbi gücümüz artacaq”
“Biz gələcəkdə daha da güclü dövlətə çevriləcəyik”

Bakı. 23 yanvar. REPORT.AZ/ “Biz isə gələcəkdə daha da güclü dövlətə çevriləcəyik. Həm iqtisadi potensialımız, hərbi gücümüz artacaq. Əhalimiz artır, artıq Azərbaycan əhalisi 10 milyona yaxınlaşır və şübhə yoxdur ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu şərtləndirən bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan Ordusudur və bu, bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışından sonra hərbi qulluqçularla görüşdə deyib.

“Bu gün bu hərbi şəhərciyin açılışı bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Hətta ölkə iqtisadiyyatı üçün ən ağır il olan 2016-cı ildə də biz uğurlu inkişaf dinamikasını saxlamışıq və böyük sərmayələr qoymuşuq. Son illərdə artıq 20-dən çox hərbi şəhərcik tikilib. Lakin digər yerlərdə, müxtəlif bölgələrdə hərbi şəhərciklərin tikilməsi də nəzərdə tutulur”, - dövlət başçısı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi