​Prezident İlham Əliyev Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb

​Prezident İlham Əliyev Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb
Daxili siyasət
27 Fevral , 2015 09:45
​Prezident İlham Əliyev Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb. “Report” xəbər verir ki, fərman iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə verilib.

Sənədə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılır.

Fərmanla müəyyən edilir ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Parkın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini MMC həyata keçirir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı MMC-yə kömək göstərmək, Nazirlər Kabinetinə bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi