Yuxarı

Prezident İlham Əliyev iki nəfəri “Şöhrət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev iki nəfəri “Şöhrət” ordeni ilə təltif edib

Bakı. 9 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Fərhad Ağa Səlim oğlu Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Arif Möhübəli oğlu Əzizov “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, əməkdar mədəniyyət işçisi olan Fərhad Babayev Heydər Əliyev Sarayının direktorudur. Yanvarın 5-də F.Babayevin 70 yaşı tamam olub.

Əməkdar incəsənət xadimi Arif Əzizov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru və Dünya Rəssamlıq Akademiyasının Bakı nümayayəndəliyinin rəhbəridir. Yanvarın 3-də onun 75 yaşı tamam olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi