Yuxarı

Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

"Report" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi