Yuxarı

Prezident: “Azərbaycanda aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”

Prezident: “Azərbaycanda aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”

Bakı. 29 yanvar. REPORT.AZ/ “Ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artırmaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğulayıb.

Azərbaycanda sabitliyin təmin edildiyini, bunun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar birliyinin durduğunu deyən dövlət başçısı ölkənin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini, inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən olduğunu bildirib.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi