Prezident: "Azərbaycan qadınları çoxəsrlik milli-mənəvi dəyərlərimizi bu gün də yaşadırlar"

Prezident: "Azərbaycan qadınları çoxəsrlik milli-mənəvi dəyərlərimizi bu gün də yaşadırlar" Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
30 May , 2018 10:28
Prezident: Azərbaycan qadınları çoxəsrlik milli-mənəvi dəyərlərimizi bu gün də yaşadırlar
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubu Azərbaycan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan müsəlman şərqində qadınlara seçib-seçilmək hüququ verən ilk respublika olub.

Prezident vurğulayıb ki, Azərbaycan qadınları ötən dövr ərzində təhsil, səhiyyə, mədəniyyətin müasir əsaslar üzərində qurulmasında əzmkarlıqla çalışıblar: “Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra da qadınlar öz aktivliyi ilə seçiliblər. Onlar çoxəsrlik milli-mənəvi dəyərlərimizi bu gün də yaşadırlar. Azərbaycanda qadınlara qarşı ayrı-seçilik aradan qaldırılıb, onlara bərabər hüquqular verilib”.

Son xəbərlər

Orphus sistemi