Yuxarı

Ötən il Bakı Şəhər Prokurorluğunda 17 əməkdaş məsuliyyətə cəlb olunub, 5 nəfər xaric edilib

Ötən il Bakı Şəhər Prokurorluğunda 17 əməkdaş məsuliyyətə cəlb olunub, 5 nəfər xaric edilib
Onlar barəsində yol verdikləri kobud pozuntulara görə ölçü götürülüb

Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən il yol verdikləri kobud pozuntulara görə Bakı Şəhər Prokurorluğunun 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. 

"Report"un xəbərinə görə, bunu Bakı şəhər prokurorluğunda ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirəsi zamanı Bakı şəhər prokuroru Əziz Seyidov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi