Ötən il Bakı Şəhər Prokurorluğunda 17 əməkdaş məsuliyyətə cəlb olunub, 5 nəfər xaric edilib

Ötən il Bakı Şəhər Prokurorluğunda 17 əməkdaş məsuliyyətə cəlb olunub, 5 nəfər xaric edilib Onlar barəsində yol verdikləri kobud pozuntulara görə ölçü götürülüb
Daxili siyasət
13 Yanvar , 2017 17:08
Ötən il Bakı Şəhər Prokurorluğunda 17 əməkdaş məsuliyyətə cəlb olunub, 5 nəfər xaric edilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən il yol verdikləri kobud pozuntulara görə Bakı Şəhər Prokurorluğunun 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. 

"Report"un xəbərinə görə, bunu Bakı şəhər prokurorluğunda ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirəsi zamanı Bakı şəhər prokuroru Əziz Seyidov deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.

Son xəbərlər

Orphus sistemi