Oqtay Əsədov: “Azərbaycan iqtisadiyyatına az ziyan dəyib”

Oqtay Əsədov: “Azərbaycan iqtisadiyyatına az ziyan dəyib” Spiker: “Görülən işlər nəticəsində Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də qoruyub saxlayıb”
Daxili siyasət
17 Mart , 2017 12:13
Oqtay Əsədov: “Azərbaycan iqtisadiyyatına az ziyan dəyib”

Bakı. 17 mart. REPORT.AZ/ “Dünyada qeyri-müəyyənlik davam edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına az ziyan dəyib. Görülən işlər nəticəsində Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də qoruyub saxlayıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.
O bildirib ki, ötən il Milli Məclisdə təqdim olunan hesabat zamanı deputatar tərəfindən irəli sürülən təklifləri hökumət diqqətlə araşdırıb: “50-yə qədər təkliflə bağlı işlər görülüb və bu işlərlə bağlı Milli Məclisə ətraflı məlumat təqdim edilib”.

Son xəbərlər

Orphus sistemi