Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov: “Azərbaycan iqtisadiyyatına az ziyan dəyib”

    Spiker: “Görülən işlər nəticəsində Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də qoruyub saxlayıb”

    Bakı. 17 mart. REPORT.AZ/ “Dünyada qeyri-müəyyənlik davam edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına az ziyan dəyib. Görülən işlər nəticəsində Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də qoruyub saxlayıb”.

    “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.
    O bildirib ki, ötən il Milli Məclisdə təqdim olunan hesabat zamanı deputatar tərəfindən irəli sürülən təklifləri hökumət diqqətlə araşdırıb: “50-yə qədər təkliflə bağlı işlər görülüb və bu işlərlə bağlı Milli Məclisə ətraflı məlumat təqdim edilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi