Yuxarı

Oqtay Əsədov: “Kristian Vigenin kimi yalançı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ola bilməz”

Oqtay Əsədov: “Kristian Vigenin kimi yalançı ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ola bilməz”
Milli Məclisin sədri: “Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir”
Milli Məclisin sədri Oqtay Əsədov

Bakı. 2 oktyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini sərt tənqid edib.

“Report”un xəbərinə görə, O.Əsədov çıxışında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin Azərbaycana səfərin xatırladıb.

Onun sözlərinə görə, K.Vigenin Bakıda olanda regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistanda parlamentində və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcəyini deyib: "Azərbaycandan sonra Ermənistana getdi. Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. “Dağlıq Qarabağ” nümayəndələri ilə bir masada oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. O, ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi