Bakı. 11 aprel. REPORT.AZ/ Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Prezident seçkiləri üzrə səsvermə zamanı keçirdiyi sorğunun (“exit-poll”) nəticələrini açıqlayıb.
"Report"un məlumatına görə, "exit-poll"da iştirak edən 1495 nəfər seçicidən 86,53 faizi Prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:
Qüdrət Həsənquliyev 3.10%
Zahid Oruc 2.92%
Sərdar Cəlaloğlu 2.81%
Hafiz Hacıyev 1.73%
Araz Əlizadə 1.21%
Fərəc Quliyev 1.3%.
Razi Nurullayev 0.67 %.
“Opinion Way” Tədqiqatlar İnstitutunun rəhbəri Bruno Janbart bildirib ki, qüsurluluq 1 və 2 faiz arasındadır.
Qeyd edək ki, Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə səsvermə günü “exit-poll”u 118 dairə üzrə 210 məntəqədə keçirib.