Yuxarı

Ombudsman bir sıra hüquqi sənədlərin qəbulunun ləngidilməsindən şikayətlənib

Ombudsman bir sıra hüquqi sənədlərin qəbulunun ləngidilməsindən şikayətlənib
Hətta Milli Məclis tərəfindən imzalanan iki layihə hələ də müzakirəyə çıxarılmır

Bakı. 13 aprel. REPORT.AZ/ İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bir sıra hüquqi sənədlərin qəbulunun səbəbsiz ləngidilməsindən şikayətlənib.

"Report"un məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova bu gün Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

E.Süleymanova bildirib ki, uzun illərdir qurumun təqdim etdiyi, hətta Milli Məclis tərəfindən imzalanan iki layihə hələ də müzakirəyə çıxarılmır: "Reproduktiv sağlamlıq haqqında" və qız uşaqlarının zorakılığa məruz qalması ilə bağlı qanun layihələrinin qəbulu 8 ildir ləngiyir. Axı, nə üçün? Nədir səbəb? Bu sənədlərin qəbulu bizim üçün olduqca əhəmiyyətlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi