Yuxarı

Ombudsman Aparatı Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı məlumatlara münasibət bildirib

Ombudsman Aparatı: Elmira Süleymanovanın istefa ərizəsi yazmayıb
© Report — Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ombudsman Aparatından "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəzifəsini icra edir. O, istefa ərizəsi yazmayıb. Bu haqda mətbuatda yayılan məlumatlar yanlışdır", - Ombudsman Aparatından bildirilib.

Qeyd edək ki, E.Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefa ərizəsi yazdığı haqda məlumatlar yayılıb.

"Report" xatırladır ki, 82 yaşlı E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi