Ombudsman Aparatı Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı məlumatlara münasibət bildirib

Ombudsman Aparatı Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı məlumatlara münasibət bildirib Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Daxili siyasət
15 Noyabr , 2019 10:07
Ombudsman Aparatı Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova / Report

Ombudsman Aparatı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ombudsman Aparatından "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəzifəsini icra edir. O, istefa ərizəsi yazmayıb. Bu haqda mətbuatda yayılan məlumatlar yanlışdır", - Ombudsman Aparatından bildirilib.

Qeyd edək ki, E.Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefa ərizəsi yazdığı haqda məlumatlar yayılıb.

"Report" xatırladır ki, 82 yaşlı E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Son xəbərlər

Orphus sistemi