Yuxarı

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür

​Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur.

“Report” xəbər verir ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.

Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.

Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir. 

Naxçıvan əhalisinin sayı 450 mindən çoxdur. 

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi