​Müsavat Partiyası mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib

​Müsavat Partiyası mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib Elman Fəttah mitinqin keçirilməsinə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcəyini bildirib
Daxili siyasət
24 Noyabr , 2014 16:18
​Müsavat Partiyası mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.

Partiya başqanının müavini Elman Fəttahın "Report"a verdiyi məlumata görə, iclasda mitinq keçirilməsi məsələsi müzakirə edilib. Qərara alınıb ki, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar dekabrın 14-də Bakıda mitinq keçirilsin. E.Fəttah mitinqin keçirilməsinə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi