Yuxarı
    Bağlamaq

    ​Müsavat Partiyası mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib

    Elman Fəttah mitinqin keçirilməsinə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcəyini bildirib

    Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.

    Partiya başqanının müavini Elman Fəttahın "Report"a verdiyi məlumata görə, iclasda mitinq keçirilməsi məsələsi müzakirə edilib. Qərara alınıb ki, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar dekabrın 14-də Bakıda mitinq keçirilsin. E.Fəttah mitinqin keçirilməsinə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediləcəyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi