Yuxarı

MSK Prezident seçkilərində yüksək fəallıq gözləyir

MSK Prezident seçkilərində yüksək fəallıq gözləyir
MSK, təxminən, 900 beynəlxalq və 60 mindən çox yerli müşahidəçini qeydə alıb
© Report — MSK sədri Məzahir Pənahov

Bakı. 9 aprel. REPORT.AZ/ "Azərbaycan Mərkəzi Seçki Komissiyası aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərində ənənəvi olaraq yüksək seçici fəallığı olacağını gözləyir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "RİA Novosti"yə müsahibəsində deyib.

O bildirib ki, ictimaiyyət arasında seçkilərə yüksək maraq var, seçicilər arasında maarifləndirmə işi aparılıb. Onun sözlərinə görə, 11 partiya seçkilər üçün müşahidəçilərini qeydiyyatdan keçirib.

"Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, seçicilərin fəaliyyəti yüksək olacaq. Ənənəvi olaraq, Prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunacaq", - deyə MSK sədri əlavə edib.

O həmçinin qeyd edib ki, MSK, təxminən, 900 beynəlxalq və 60 mindən çox yerli müşahidəçini qeydə alıb. Seçkilərdə KİV 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi