MSK Prezident seçkilərində yüksək fəallıq gözləyir

MSK Prezident seçkilərində yüksək fəallıq gözləyir MSK, təxminən, 900 beynəlxalq və 60 mindən çox yerli müşahidəçini qeydə alıb
Daxili siyasət
1011
9 Aprel , 2018 14:33
MSK Prezident seçkilərində yüksək fəallıq gözləyir
MSK sədri Məzahir Pənahov / Report

Bakı. 9 aprel. REPORT.AZ/ "Azərbaycan Mərkəzi Seçki Komissiyası aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərində ənənəvi olaraq yüksək seçici fəallığı olacağını gözləyir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "RİA Novosti"yə müsahibəsində deyib.

O bildirib ki, ictimaiyyət arasında seçkilərə yüksək maraq var, seçicilər arasında maarifləndirmə işi aparılıb. Onun sözlərinə görə, 11 partiya seçkilər üçün müşahidəçilərini qeydiyyatdan keçirib.

"Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, seçicilərin fəaliyyəti yüksək olacaq. Ənənəvi olaraq, Prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunacaq", - deyə MSK sədri əlavə edib.

O həmçinin qeyd edib ki, MSK, təxminən, 900 beynəlxalq və 60 mindən çox yerli müşahidəçini qeydə alıb. Seçkilərdə KİV 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi