Mingəçevir. 9 noyabr. REPORT.AZ/ Mingəçevir şəhərində Dövlət Bayrağı günü qeyd olunub.
"Report"un Şirvan bürosu xəbər verir ki, bu münasibətlə şəhər ərazisində bayram yürüşü keçirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərlərinin, eləcə də çox sayda gəncin və ictimaiyyət fəallarının iştirakı ilə baş tutan aksiya
Yürüş iştirakçıları əllərində eni 7, uzunluğu 14 metr olan möhtəşəm üçrəngli dövlət bayrağını daşıyıblar.
Daha sonra aksiya Bayraq meydanında bədii hissə ilə davam etdirilib. Mingəçevir şəhərinin tanınmış incəsənət xadimləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələri rəngarəng bayram proqramı ilə çıxış ediblər.