Birinci vitse-prezident Milli Məclisin plenar iclasında iştirak edir

Birinci vitse-prezident Milli Məclisin plenar iclasında iştirak edir Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 13 məsələ daxildir
Daxili siyasət
7 Mart , 2017 12:11
Birinci vitse-prezident Milli Məclisin plenar iclasında iştirak edir
Report.az

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, iclasda Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iştirak edir.

Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 13 məsələ daxildir.

Bunlar Milli Məclisin komitə üzvünün seçilməsi, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin seçilməsi (3 məsələ), Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin illik məruzəsi, "Məktəbəqədər təhsil haqqında" (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd Qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihələridir.

Oqtay Əsədov M.Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O bildirib ki, Mehriban xanım 12 ildir, deputatdır: “O, dövlətin qanunvericilik bazasının təkmilləşdirilməsində mühüm rol oynayıb. Mehriban Əliyeva beynəlxalq aləmdə də fəal olub”.

Son xəbərlər

Orphus sistemi