Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, körpələr evinin baş həkimi əvəzi Simuzər Topçubaşova Birinci vitse-prezidentə məlumat verib. Bildirilib ki, hazırda burada 3 yaşadək 13 uşaq var.
Birinci vitse-prezident Mehriban Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara daim diqqətlə yanaşır, onların gələcəkdə fiziki və mənəvi cəhətdən sağlam, dünyagörüşlü, bilikli, savadlı yetişməsi üçün mühüm layihələrə imza atır.
Qeyd edək ki, 1930-cu ildə tikilən bu bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə, daha sonra 2014-cü ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il mayın 10-da Fondun prezidenti Mehriban Əliyevanın iştirakı ilə körpələr evinin açılışı olub. Binadakı yataq, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları zəruri avadanlıq və inventarla təchiz edilib.
Körpələr evinin sakinlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.