Yuxarı

​Azərbaycanda iki siyasi partiya birləşir

​Azərbaycanda iki siyasi partiya birləşir
Hər iki tərəf müqavilə layihəsi hazırlayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Azərbaycan Xalq Partiyası (AXP) birləşə bilər.

AXP sədri Pənah Hüseyn "Report"a açıqlamasında deyib ki, hazırda bu istiqamətdə danışıqlar gedir: "Söhbət təkcə birləşməkdən getmir, burada həm də əməkdaşlıq məsələləri müzakirə olunur. Hər iki tərəf müqavilə layihəsi hazırlayıb. Yaxın günlərdə bu məsələlər yenidən müzakirə olunacaq".

P.Hüseyn qeyd edib ki, birləşmə məsələsi strateji hədəfdir: "Yəni birləşmək əməkdaşlığın başqa bir mərhələyə keçməsidir. Hələlik birliklə bağlı vahid addan və ya digər məsələlərdən danışmaq tezdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi