​İlham Əliyev UNESCO-nun hazırkı və keçmiş baş direktorlarını qəbul edib

​İlham Əliyev UNESCO-nun hazırkı və keçmiş baş direktorlarını qəbul edib Görüşlərdə Azərbaycan və UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub
Daxili siyasət
17 May , 2015 15:43
​İlham Əliyev UNESCO-nun hazırkı və keçmiş baş direktorlarını qəbul edib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı qəbul ediblər.

"Report" xəbər verir ki, Koişiro Matsuura görüş zamanı Azərbaycanda çox böyük inkişafın şahidi olduğunu dilə gətirib.

Söhbət zamanı Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulanıb, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək dəyərləndirilib.

Prezident və xanımı daha sonra UNESCO-nun hazırki baş direktoru xanım İrina Bokovanı qəbul ediblər.

Görüşdə İrina Bokovanın III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirilib. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edilib. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Son xəbərlər

Orphus sistemi