Heydər Əliyev - FOTOLARDA

Heydər Əliyev - FOTOLARDA Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır
Daxili siyasət
12 Dekabr , 2016 09:35
Heydər Əliyev - FOTOLARDA

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.

"Report" Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat yolunu əks etdirən fotoların bir qismini təqdim edir.

Xatırladaq ki, bu gün H.Əliyevin vəfatından 13 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi