Elmar Məmmədyarov: "Həmsədrlər müzakirə üçün bizə rəsmi təkliflər təqdim edib"

Elmar Məmmədyarov: "Həmsədrlər müzakirə üçün bizə rəsmi təkliflər təqdim edib" “ATƏT-in Minsk qrupu həmsədrləri bizə müzakirə üçün sənəd və təkliflər təqdim ediblər. Bu məsələləri iki-üç ay ərzində müzakirə edib yenidən həmsədrlərlə görüşməliyik”.
Daxili siyasət
24 İyun , 2019 15:00
Elmar Məmmədyarov: Həmsədrlər müzakirə üçün bizə rəsmi təkliflər təqdim edib
Report

“ATƏT-in Minsk qrupu həmsədrləri bizə müzakirə üçün sənəd və təkliflər təqdim ediblər. Bu məsələləri iki-üç ay ərzində müzakirə edib yenidən həmsədrlərlə görüşməliyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla iyunun 20-də Vaşinqtonda keçirilən görüşü şərh edərkən bildirib.

“Həmsədrlər bizə müzakirə üçün məsələlər təqdim ediblər. Təəssüf ki, yenə də üç saatdan artıq tənzimləmə məsələlərini müzakirə etmişik. Bu görüşün müsbət məqamı həmsədrlərin bizə müzakirə üçün təkliflər təqdim etmələridir. Həmin sənədlər yeni, yoxsa 15 ildir müzakirə etdiyimiz köhnələri olacaq?”, - deyə E.Məmmədyarov qeyd edib.

Son xəbərlər

Orphus sistemi