Göyçay. 26 sentyabr. REPORT.AZ/ Göyçay və Ağdaş rayonlarında referendum üzrə səsvermə fəallıqla davam edir. "Report"un Şirvan bürosunun məlumatına görə, 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi seçki məntəqələrində 232 nəfər ilk dəfə səs verir. DSK üzrə 39 005 seçici siyahıya alınıb və həmin seçicilərdən 12 299 nəfər saat 12:00-a qədər səsvermədə iştirak edib. Bu da dairə üzrə ümumi seçicilərin 31 faizini təşkil edir.
DSK üzrə Göyçayda 19, Ağdaşda isə 17 məntəqə olmaqla 36 məntəqədə səsvermə təşkil olunub. 12 məntəqədə veb-kameralar quraşdırılıb.
DSK üzrə səsvermə prosesini 394 yerli müşahidəçi izləyir.