Yuxarı

Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib

Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib
Cavab məktubunda ADR-in ali idarəetmə orqanı ilə bağlı qanunvericliyə düzgün əməl edilməməsi göstərilib

Bakı. 29 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını qeydə almaqdan növbəti dəfə imtina edib.

Bu barədə “Report”a ADR sədri Qubad İbadoğlu məlumat verib.

O bildirib ki, cavab məktubunda ADR-in ali idarəetmə orqanı ilə bağlı qanunvericliyə düzgün əməl edilməməsi göstərilib: “Bu qeydin heç bir hüquqi əsası yoxdur”.

Q.İbadoğlu qeyd edib ki, nazirlik hərəkatın qeydə alınmasından dördüncü dəfədir, imtina edir.

Xatırladaq ki, ADR hərəkatı 2015-ci ilin fevralın 21-də təsis edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi