Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib

Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib Cavab məktubunda ADR-in ali idarəetmə orqanı ilə bağlı qanunvericliyə düzgün əməl edilməməsi göstərilib
Daxili siyasət
29 Noyabr , 2016 13:01
Ədliyyə Nazirliyi Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatı qeydə almaqdan növbəti dəfə imtina edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını qeydə almaqdan növbəti dəfə imtina edib.

Bu barədə “Report”a ADR sədri Qubad İbadoğlu məlumat verib.

O bildirib ki, cavab məktubunda ADR-in ali idarəetmə orqanı ilə bağlı qanunvericliyə düzgün əməl edilməməsi göstərilib: “Bu qeydin heç bir hüquqi əsası yoxdur”.

Q.İbadoğlu qeyd edib ki, nazirlik hərəkatın qeydə alınmasından dördüncü dəfədir, imtina edir.

Xatırladaq ki, ADR hərəkatı 2015-ci ilin fevralın 21-də təsis edilib.

Son xəbərlər

Orphus sistemi