Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib.
"Report"un xəbərinə görə, bayram münasibətilə DTX-nin şəxsi heyətini tədbrik edən general-polkovnik
General-polkovnik Mədət Quliyev bildirib ki, ən mürəkkəb və çətin bir dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər
General-polkovnik Mədət Quliyev diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezident
Dövlət başçısının yürütdüyü alternativi olmayan strategiya nəticəsində bu gün respublikada əsl vətəndaş həmrəyliyinə nail olunub, etibarlı təhlükəsizlik sistemi qurulub, heyrətamiz iqtisadi yüksəliş və dövlət quruculuğunun bütün sahələrinin tərəqqisi, habelə möhtərəm Prezident İlham Əliyevin milli maraqlarla bağlı məsələlərin həllində nümayiş etdirdiyi sarsılmaz iradə və prinsipial mövqe müasir Azərbaycana stabil və etibarlı tərəfdaş kimi böyük nüfuz qazandırır.
General-polkovnik Mədət Quliyev əmin edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti öz Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan naminə, dövlət mənafelərinin və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasi xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal, şərəflə və vicdanla yerinə yetirəcək.
Qeyd edək ki, DTX-nin bütün struktur bölmələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.
DTX-nin Heydər Əliyev adına Akademiyasında “15 İyun – Qurtuluşdan Böyük Zəfərlərə Doğru” mövzusunda konfrans təşkil olunub. DTX-nin Mədəniyyət Mərkəzində isə yaradıcı kollektiv tərəfindən məharətlə hazırlanmış müstəqilliyi və dövlətçiliyi tərənnüm edən konsert proqramı tamaşaçılarda şux ovqat yaradaraq, onlara əsl bayram sevinci yaşadıb.