Daxili işlər orqanlarında yeni təyinatlar olub - SİYAHI

Daxili işlər orqanlarında yeni təyinatlar olub - SİYAHI Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Daxili siyasət
23 Aprel , 2019 11:42
Daxili işlər orqanlarında yeni təyinatlar olub - SİYAHI

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report” xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayev və İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.

Müvafiq əmrlərə əsasən, Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantı Haqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovniki Nəzər Əsgərov təyin edilib.

Digər əmrə əsasən, Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantı Niyaməddin Eyvazov Nərimanov RPİ-nin CAŞ rəisi təyin edilib.

Son xəbərlər

Orphus sistemi