Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.
AZAL-dan "Report"a verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.
Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.
*** 13:28
Rusiyadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) havaya qalxıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, avialaynerdə 150 nəfər var.
“Təyyarə Moskvanın Domodedovo hava limanından havaya qalxıb. Avialaynerin göyərtəsində 150 soydaşımız var. Aviareys saat 12:00-a nəzərdə tutulsa da, bir az gecikmə yaşanıb”, - məlumatda bildirilib.
Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar Vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər.