Bakı. 31 yanvar. REPORT.AZ/ Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Prezident İlham Əliyevin iştirakı ilə yanvarın 29-da keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yatması barədə yayılan məlumatlara münasibət bildirib.
B.Səfərov “Report”a açıqlamasında deyib ki, müşavirədə yatması haqqında məlumatlar həqiqəti əks etdirmir: “O konfrans yatmaq yeri deyil axı. Sadəcə, zalda olan gur işıq gözümə düşürdü. Tutaq ki, mürgüləmişəm. Nə olsun ki? İnsanın mürgüləməyi özündən asılıdır ki? Adam yorğun ola bilər. Bunu ermənilərə reklam edirlər? Bunu kimə göstərirlər ki?”
Qeyd edək ki, bu məlumatı ilk olaraq “unikal.org” saytı yayıb.